Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda idmançılarla görüş keçirilib

29 aprel 2022 | 10:44

Neftçala Rayon İcra Hakimiyyətində son aylarda idman sahəsində uğur qazanan gənclər ilə görüş keçirilib. Görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri,Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi, gənc idmançılar, onların müəllimləri və valideynləri iştirak edib.
Neftçala Rayon Gənclər və İdman İdarəsinin rəisi və müəllim çıxış edərək idmançılar haqqında ətraflı məlumat verib. İdmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov cənab Prezident İlham Əliyevin hər zaman idmana, idmançılara olan diqqət və qayğısından, Rayon ərazisində inşa edilən İdman Olimpiya Kompleksinin bütün idman standartlarına cavab verməsindən danışıb və gənc idmançıları göstərdikləri uğurlarına, qələbə və nailiyyətlərinə görə təbrik edib.
Tədbirin sonunda gənc idmançılar Fəxri Fərman ilə təltif olunublar və xatirə şəkili çəkilib.
Məlumat üçün bildiririk ki, İmanova Fazilə Ağadədə qızı ağır atletika idman növü üzrə 59 kq çəki dərəcəsində 2-ci yerə, Kazımov Ramiz Zahir oğlu ağır atletika idman növü üzrə 55 kq çəki dərəcəsində 3-cü yerə və Babayev Abasağa Əliqulu oğlu boks idman növü üzrə 57 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.

Keçidlər