Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda humanitar aksiya keçirilib

15 sentyabr 2022 | 17:34

Hər il olduğu kimi 2022-ci ildə də Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən humanitar aksiyalar mütəmadi olaraq davam etdirilir. 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədər Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqlarının məktəb ləvazimatları və çantalarla təmin edilmələri istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müxtəlif formalarda müraciət etmiş və aşkarlanmış aztəminatlı ailələrdən olan uşaqların normal təhsillərini davam etdirmələri məqsədilə 12.09.2022-ci il tarixində bir qrup məktəbliyə zəruri məktəb ləvazimatları və məktəbli çantaları təqdim edilib. Valideynlər onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına öz dərin təşəkkürlərini bildiriblər. Həyata keçirilən aksiya uşaqların böyük sevincinə səbəb olub. Aksiyanın həyata keçirilməsində “Azər-Yod” MMC yaxından iştirak edib. Hazırda humanitar aksiya davam etdirilir, müraciətlərin obyektivliyi yoxlanılmaqla davamlı həyata keçirilməsi nəzərdə tutulub.

Keçidlər