Neftçala rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib
29 mart 2023 | 09:52
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq Neftçala rayon İcra Hakimiyyətinin və YAP Neftçala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.
Elmi praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikasının 1-ci baş naziri, siyasətçi Həsən Həsənov, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası veteranlar şurasının üzvü, yazıçı Tahir Məmmədov, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər və Ulu Öndərin Heydər Əliyevin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.
Konfransda çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu, sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görən Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşməsini, azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə edən respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülən əvəzedilməz bir ideologiyaya çevrilməsini iştirakçıların diqqətinə çatdırıb. RİH-in başçısı bildirdi ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi: Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır!
Çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır:” Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı olması haqqında məlumat verib.
Elmi praktiki konfrans qonaqların iştirakı ilə onların Ulu Öndər Heydər Əliyev haqqında xatirələri və sual-cavab formatında davam edib.