Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Heydər Əliyev 100” flaşmobu hazırlanıb

04 may 2023 | 09:16

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Neftçala rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100” flaşmobu təşkil olunub.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoydu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Məlumat üçün bildiririk ki, flaşmobda 1500-dək gənc iştirak edib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq gənclər Ümummilli Liderin “adı” formatında flaşmob hazırlayıblar. Bununla da gənclər bir daha 100 illik yubiley münasibətilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan sonsuz sevgi və hörmətlərini diqqətə çatdırıblar.

Keçidlər