Neftçala rayonunda “Gəncliyin bəlası narkomaniya: necə xilas olmalı” adlı maarifləndirici tədbir keçirilib
19 mart 2024 | 10:16
Neftçala Rayon İcra Hakimiyyəti və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Bankə qəsəbə Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə “Gəncliyin bəlası narkomaniya: necə xilas olmalı” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Komissiyaya daxil olan idarə, müəssisə və təşkilatların, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin, “Gənclərin Antinarkomaniya İctimai Birliyi”nin rəhbər şəxsləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, ictimaiyyət nümayəndələri, həmçinin müəllimlər, şagirdlər iştirak edib.
Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışçılar bütövlükdə bəşəriyətin ən böyük bəlalarından birinə çevrilən narkomanlıqla mübarizə sahəsində həyata keçirilən Dövlət siyasətindən, qəbul edilən normativ hüquqi aktlardan, həyata keçirilən tədbirlərdən bəhs ediblər. Tədbirdə narkomanlığın yaratdığı hüquqi məsuliyyət, insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə geniş məlumat verilib. Narkotik asılılıqdan əziyyət çəkənlərin psixoloji problemləri, cəmiyyətdə onlara qarşı münasibət və digər məsələlər barədə görüş iştirakçılarını maraqlandıran məsələlər ətraflı müzakirə edilib.