Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda gənclərinin ətraf mühitdə rolu müzakirə olunub

25 fevral 2023 | 09:11
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin dəstəyi və “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup gənclə “Ətraf mühitin qorunmasında gənclərin ictimai fəallığının artırılması” layihəsinin növbəti təlimi keçirilib.
Layihənin məqsədi ətraf mühitin qorunmasında və bərpasında gənclərin ictimai faəllığının artırılmasına dəstək olmaqdır. Görüş zamanı gənclərlə ekoloji vəziyyət, ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər, onlardan səmərəli istifadə, qlobal, regional, milli və lokal ekoloji problemlər, onların həlli yolları mövzularında məlumatlar verililib.
Görüşdə maarifləndiciri videoçarxlar izlənilib və gəncləri maraqlandıran suallar ətrafında müzakilər aparılıb.
Keçidlər