Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Gənclərdə vətəndaşlıq məsuliyəti, vətənpərvərlik hissinin gücləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

26 may 2026 | 10:32

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu S.Vurğun adına Bankə qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Gənclərdə vətəndaşlıq məsuliyəti, vətənpərvərlik hissinin gücləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsul şəxsləri, şəhid valideynləri, müharibə iştirakçıları, müəllimlər və  məktəblilər iştirak edib.

Çıxışçılar qeyd etdilər ki, gənclərdə vətənpərvərlik hissinin formalaşması bu gün yeni tarixi mərhələyə qədəm qoyub. Qazanılmış Şanlı Qələbə müasir gəncliyimizin vətənə olan bağlılığının və rəşadətinin ən ali sübutudur. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin göstərdiyi şücaət hər bir gənc üçün əsas həyat və vətənpərvərlik örnəyi olmalı, azad olunmuş torpaqlarımızın dirçəlişi prosesində gənclər fəal iştirak etməlidirlər. Həçinin, vurğulandı ki, həqiqi vətənpərvərlik təkcə emosional hisslərlə deyil, həm də yüksək vətəndaşlıq məsuliyyəti ilə ölçülür. Vətəndaşlıq məsuliyyəti – dövlət qanunlarına qeyd-şərtsiz riayət etmək, dövlət rəmzlərinə sonsuz ehtiram bəsləmək və cəmiyyətin sosial-ictimai həyatında konstruktiv rol oynamaqdır. Vətənə xidmət həm də öz sahəsinin peşəkarı olmaqdan keçir. Savadlı, intellektual və innovativ düşüncəli gənclik dövlətin gələcək qüdrətinin təminatçısıdır. Gənclərin elm, texnologiya, mədəniyyət və idman sahələrində qazandıqları beynəlxalq uğurlar dövlətimizin nüfuzunun artmasına xidmət edən mühüm vətənpərvərlik nümunəsidir. Çıxışların ümumi yekunu olaraq bildirildi ki, dövlətimizin uğurlu gənclər siyasəti hər bir gəncin inkişafı üçün geniş imkanlar açır. Gənclərin əsas missiyası isə bu imkanlardan maksimum yararlanaraq milli maraqları uca tutmaq, dövlətçilik ənənələrini qorumaq və ölkəmizin davamlı inkişafına töhfə verməkdir.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər