Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda "GƏNC SHOW - şən və hazırcavablar klubu"-nun final mərhələsinin təqdimatı keçirilib

31 may 2022 | 15:33
Neftçala rayonun ümumtəhsil məktəbləri arasında "GƏNC SHOW - şən və hazırcavablar klubu"-nun final mərhələsinin təqdimatı keçirilib. Final mərhələsində ilk 3-lüyə vəsiqə qazanan komandalar hazırladıqları səhnəcikləri nümayiş etdiriblər.
Final mərhələsinin təqdimatında Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH- məsul şəxsləri, şəhid ailələri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Himni oxunub.
Final mərhələsinə vəsiqə qazanan Samid İmanov adına Neftçala şəhər 1 saylı orta məktəbinin "Ulduzlar" komandası, Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin "Tufan" komandası, Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbin "Cıdır düzü" komandası öz çıxışlarını göstəriblər. Çıxışlar əsasən komandaların təqdimatı, musiqi və rəqs ifası, trendsən, reklamlar və tamaşadan ibarət olub. Münsiflər tərəfindən ən çox xal toplayan Samid İmanov adına Neftçala şəhər 1 saylı orta məktəbin "Ulduzlar" komandası "GƏNC SHOW - şən və hazırcavablar klubu"- nun qalibi olub.
"GƏNC SHOW - şən və hazırcavablar klubu"-nun rayon mərhələsinin seçim turunda iştirak edən 27 komanda və ilk 3 yerin qalibi olan komandalar təşəkkürnamə, medal, xatirə hədiyyəsi, qalib komanda isə kubokla mükafatlandırılıblar.
Final mərhələsinin sonunda xatirə şəkili çəkilib.
Neftçala RİH adından bütün komandaları təbrik edirik və onlara uğurlar arzulayırıq.
Keçidlər