Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda gənc ifaçıların regionlararası incəsənət və musiqi məktəbləri arasında müsabiqə keçirilib

30 yanvar 2023 | 09:19
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Biləsuvar Regional Mədəniyyət İdarəsinin tədbirlər planına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləsuvar RMİ-in təşkilatçılığı ilə Neftçala rayonunda “Heydər Əliyevin Azərbaycan Milli Musiqisinin dünya klassik musiqisi səviyyəsinə yüksəldilməsi” mövzusunda gənc ifaçıların regionlararası incəsənət və musiqi məktəbləri arasında müsabiqə keçirilib.
Müsabiqə Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində keçirilib və 5 regiondan, 12 musiqi, inəsənət məktəblərinin 70-dən çox şagirdin iştirakı ilə keçirilib. Müsabiqədə əsasən Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun əsərləri ifa olunub və müxtəlif nominasiyalar üzrə keçirilib.
Müsabiqənin sonunda fərqlənən şagirdlər müxtəlif diplom və fəxri fərmanlar ilə təltif olunublar.
Müsabiqənin keçirilməsində məqsəd regionlarda klassik musiqi təhlilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, istedadlı şəxslərin aşkarlanmasına dəstək göstərilməsidir.
Keçidlər