Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

28 aprel 2026 | 15:37

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu Ə.Səmədov adına Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbində “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, Neftçala RİH Başçısının Qırmızıkənd kənd İƏDN, Neftçala rayonu Ə.Səmədov adına Qırmızıkənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru, müəllimlər, məktəblilər iştirak edib.

Çıxışçılar tərəfindən müasir dövrün ən ciddi sosial problemlərindən olan erkən nikahlar və qohum nikahların fəsadları geniş müstəvidə təhlil edilib, iştirakçılara bu halların yaratdığı mənfi nəticələr barədə ətraflı məlumat verilib.  Eyni zamanda erkən nikahların Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması, bu sahədə nəzərdə tutulan məsuliyyət tədbirləri, erkən yaşda qurulan ailələrdə yaranan psixoloji travmalar, təhsildən yayınma halları və sosial adaptasiya problemləri, qohum nikahları nəticəsində yaranan genetik risklər, irsi xəstəliklərin ötürülmə ehtimalı və nəsil sağlamlığına dəyən zərərlər barədə geniş məlumat verilib. Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

 

Keçidlər