Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Erkən nikah və onun yol açdığı fəsadlar” adlı maarifləndirici görüş keçirilib

03 oktyabr 2022 | 17:24
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə “Erkən nikah və onun yol açdığı fəsadlar” adlı maarifləndirmə görüşü keçirilib.
İlk öncə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala RİH başçısının Aşağı Surra kənd İƏD üzrə nümayəndəliyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Aşağı Surra kənd bələdiyyəsinin sədri, şəhid ailələri, müəllimlər, tibb işçiləri, mədəniyyət işçiləri, məktəblilər və onların valideynləri iştirak edib.
Çıxışlar zamanı Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın cəmiyyətin əsas sosial problemlərindən biri olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər, normativ hüquqi aktlarda nikah yaşı, erkən nikahı yaradan səbəblər, fəsadları, erkən nikaha məcbur edilən qızların fiziki və psixoloji vəziyyətlərində yaranan problemlər barədə geniş məlumat verilib və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər