Neftçala rayonunda Energetiklər günü qeyd olunub
Neftçala rayonunda Energetiklər günü qeyd olunub.
Neftçala rayonunda 20 oktyabr Energetiklər günü qeyd olunub. Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, AZƏRİŞIQ ASC-in Şirvan RETSİ-in Neftçala EŞ-in rəisi Babayev Ağababa Babayev və Neftçala EŞ-in kollektivi iştirak edib.
İlk öncə öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Neftçala rayonunda vətəndaşların və ərazilərin fasiləsiz enerji təminatında Neftçala EŞ-in kollektivinin zəhmətinin olduğunu diqqətə çatdırıb və onları peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, çətin məsuliyyətli işlərində uğurlar arzulayıb.
Görüşün sonunda zəhmətkeş Neftçala EŞ-in kollektivi ilə xatirə şəkili çəkilib.