Neftçala rayonunda Energetika Günü qeyd edilib
Neftçala Rayon İcra Hakimiyyətinin və “Azərişıq” ASC-nin Şirvan Regional Elektrik Təchizatı və Satışı idarəsi Neftçala Elektrik Şəbəkəsinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda Energetika Günü qeyd olunub.
Təbirdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, qarşısına gül dəstələri qoyulmuşdur. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının birinci enerji blokunun Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilməsi və bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsasının qoyulması barədə geniş şəkildə məruzə etdi. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə 20 oktyabr tarixinin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsinin milli elektroenergetika sahəsində daha bir parlaq səhifənin açılmasını, bu sahədə çalışan insanların fədakar əməyinə verilən böyük dəyərin ifadəsinin olmasını yığıncaq iştirakçılarının diqqətə çatdırdı.
Neftçala Elektrik Şəbəkəsinin rəisi Ağababa Babayev çıxış edərək ilk növbədə tədbirdə iştirak edən qonaqları və energetikləri salamlayıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılmasından və bu istiqamətdə Neftçala rayonunda qoyuluş gücü 315 MVt olan Neftçala Günəş Elektrik Stansiyasının tikintisinin mühüm əhəmiyyətindən söz açaraq ətraflı məlumat verdi, energetiklərə çətin və şərəfli işlərində uğurlar arzu etdi.







