Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda əmək yarmarkası keçirilib

16 iyul 2026 | 16:19

Neftçala Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Neftçala şəhərində əmək yarmarkası təşkil olunub. Əmək yarmarkası Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 16 iyul 2026-cı il tarixində Neftçala rayonunda  15  işəgötürənlə  birgə təşkil olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri vəzifəsini müvəqqəti icra edən, müdir müavini Xaqani Məmmədov, tərəfdaş şirkətlərin rəhbər şəxsləri, əməkdaşları və vətəndaşlar iştirak edib. Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib. Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını və vətəndaşların sosial durumu, rifahı və məşğulluğunun təmin olunmasının dövlət idarəçiliyində əsas prioritet istiqamətlərdən biri olmasını diqqətə çatdırıb. Ölkə rəhbərinin bu istiqamətdə verdiyi tapşırıqların, tövsiyələrin ardıcıl şəkildə icra olunması, o cümlədən regionlarda əmək yarmarkalarının keçirilməsi bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir. Keçirlən əmək yarmarkası vətəndaşlarımız üçün faydalı olacaq və Neftçala rayonunda işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında öz müsbət təsirini göstərəcəkdir. Tədbirdə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib,  işsiz və işaxtaran şəxslərə 60 boş iş yerləri  (əmək haqqı 450-1000 manat aralığına) təqdim olunub. Filial tərəfindən təqdim olunan vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 158 nəfərə yaxın  vətəndaşla iş aparılıb, tələblərə uyğun namizədlər yarmarkaya cəlb edilib. Cəlb edilən şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer alıb. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib,  uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

 

 

 

Keçidlər