Neftçala rayonunda əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlər mövzusunda görüş keçirilib
Rayon ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Neftçala RİH təşkilatçılığı ilə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətində maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala RİH məsul şəxsləri, FHN Muğan Regional Dövlət Yanğın Nəzarəti Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, RİH başçısnın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbər şəxsləri, bələdiyyə sədrləri və fermerlər iştirak edib.
Görüşdə kənt təsərrüfatı bitkilərinin, dənli bitkilərin, ot məhsullarının yığımı zamanı sahələrdən təhlükəsizlik qaydalarına əməl olunması şərtilə tam təhlükəsiz aparılması, yanğın zamanı insanların necə davranması, təhlükəsizlik qaydalarına ciddi əməl olunması, əkin sahələrinin kənarında şumlanmış mühafizə zolağı yaratmaq məsələləri müzakirə olunub.
Görüş fermerlərlə qarşılıqlı müzakirələr ilə davam edib.