Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2022 | 11:03
Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramının 104 ilinin tamam olması münasibətilə ədliyyə işçiləri ilə görüş keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak edib.
İlk öncə Umimmilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün biz qürur hissi ilə deyirik ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən dinamik iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirib, Azərbaycanın dünyada analoqu olmayan inkişaf sürətinə nail olunub və bu inkişafdan Azərbaycan ədliyyəsi də geri qalmayıb. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üçün genişmiqyaslı tədbirlər görülüb. RİH-in başçısı ədliyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib və peşə fəaliyyətlərində uğurlar arzu edib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edirik və uğurlar arzulayırıq.
Keçidlər