Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Əcnəbi və vətəndaşlığı olmayanşəxslərin leqallaşdırılması prosedurları” mövzusunda görüş keçirilib

25 noyabr 2022 | 10:56
Neftçala rayonunda “Əcnəbi və vətəndaşlığı olmayanşəxslərin leqallaşdırılması prosedurları” mövzusunda görüş keçirilib.
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Əcnəbi və vətəndaşlığı olmayanşəxslərin leqallaşdırılması prosedurları” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala RİH-in, Şirvan Regional Miqrasiya İdarəsinin məsul şəxsləri, yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
Görüş zamanı əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması prosedurları, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə sahəsində birgə fəaliyyətin vacibliyi diqqətə çatdırılıb, Azərbaycan Respublikasına gələn əcnəbi vətəndaşların olduqları rayon üzrə qeydiyyata alanmaları, onlara yaşamaq üçün müvəqqəti icazələrin verilməsi əsasları, prosedurları, daimi yaşamaq üçün icazənin verilməsi və digər məsələlər izah olunub.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib.
Keçidlər