Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Daşınmaz əmlakın icbari sığortası” növü haqqında maarifləndirmə görüşü keçirilib

14 mart 2023 | 16:12
Neftçala rayonunda Azərsığorta Dövlət Sığorta Şirkətinin Neftçala filialı tərəfindən Neftçala şəhərində “Daşınmaz əmlakın icbari sığortası” növü haqqında maarifləndirmə görüşü keçirilib.
Maarifləndirmə görüşləri Neftçala şəhəri Heydər Əliyev prospekti, Ağaşirin Cəfərov, Məhəmməd Əsədov və 28 May küçələrində aparılıb.
Görüşlər zamanı vətəndaşlara “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, dövlət əmlakı icbari şəkildə sığorta olunmaları barədə məlumat verilib.
Vətəndaşların nəzərinə çatdırılıb ki, “İnzibati Xətalar Məcəlləsi”nin 469.1-ci maddəsində, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən olunub.
Azərsığorta Dövlət Sığorta Şirkətinin Neftçala filialı tərəfindən tövsiyyə olunur ki, hər bir vətəndaş daşınmaz əmlakını - fərdi yaşayış evləri və mənzillərini icbari qaydada sığorta etdirsinlər.
Keçidlər