Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Birinci Qarabağ şəhidi Yaşar Kərimovun il dönümü qeyd olunub

18 iyul 2025 | 17:21

Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti 2024-cü ildə müəyyənləşdirilən şəhid Kərimov Yaşar Ələkbər oğlunun il mərasimi qeyd olunub.
Şəhidin il mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailə üzvlərinə baş çəkərək onların məişət qayğıları ilə maraqlanıb. Şəhid Kərimov Yaşar Ələkbər oğlunun məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Məlumat üçün bildiririk ki, Yaşar  Kərimov 1967-ci ildə Neftçalada anadan olub.1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı veririk.

Keçidlər