Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Beynəlxaq Ailə Günü münasibətilə “Uşaqların sağlam inkişafında ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib

14 may 2026 | 15:31

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Beynəlxaq Ailə Günü münasibətilə “Uşaqların sağlam inkişafında ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.

İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, Uşaq Səfirlər Məclisin Neftçala rayonu üzrə nümayəndəsi, təhsil müəssisəsinin direktoru, müəllimlər, məktəblilər iştirak edib.

Çıxışçılar bildirib ki, BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq, 1994-cü ildən etibarən hər il mayın 15-i dünyada Beynəlxalq Ailə Günü kimi qeyd edilir. Qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Həmçinin, diqqətə çatdirilib ki, sağlam ailə - sağlam cəmiyyət, güclü dövlət deməkdir. Bizim hədəfimiz uşaqların intellektual və mənəvi inkişafını təmin edən ailə mühitini təşviq etməkdir. Uşağın şəxsiyyət kimi formalaşmasında ailə dəyərləri alternativsiz rola malikdir. Valideynlərin məsuliyyəti təkcə övladlarını böyütmək deyil, həm də onlara cəmiyyət üçün faydalı və milli köklərinə bağlı bir fərd olma şüurunu aşılamaqdır.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər