Neftçala rayonunda balıqçılıq fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslərlərlə görüş keçirilib
18 avqust 2024 | 10:17
Neftçala rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyilə Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası idarə heyətinin Neftçala ərazisində balıqçılıq fəaliyyətilə məşğul olan hüquqi və fiziki şəxslərlə “Azərbaycan Fish-Farm” MMC-də görüş keçirilib.
Yığıncağı giriş sözü ilə açan Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyanın sədri Zaur Salmanlı, akvakultura sahəsində ciddi potensiala malik olan Neftçala rayonu ərazisində ərzaq təhlükəsizliyilə bağlı Dövlət proqramının həyata keçirilməsi istiqamətində görülməsi vacib olan işlər haqqında ətraflı məlumat verib.
Görüşdə Neftçala və Salyan rayonundan olan ümumilikdə 30 nəfər nohur balıqçılığı ilə məşğul olan fiziki və hüquqi şəxslər iştirak edib. Görüş zamanı kənd təsərrüfatının digər sahələrində olduğu kimi, balıqyetişdirmə sahəsinə subsidiyaların ayrılması, balıq yeminə olan tələbatın standartlara cavab verən keyfiyyətlə təmin olunması, beynəlxalq standartlara uyğun yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, nohur göllərində sudan istifadə qaydaları, verilən suyun qiyməti barədə yığıncaq iştirakçıları ilə maraqlı fikir mübadiləsi aparılıb, mövcud vəziyyət və qarşıya çıxan çətinliklər müzakirə olunub.