Neftçala rayonunda “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti” mövzusunda görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşdə iştirak edənlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyətinin ölkəmizin inkişafı, iqtisadi qüdrətinin artırılması, səhiyyə, təhsil sahəsində aparılan yenidən qurma işlərində yaxından iştirak etməsi, vətəndaşlara dövlət diqqəti və qayğının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinə Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətinin Azərbaycan xalqının və dövlətinin maraqlarını özündə əks etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırlar.
Çıxışlardan sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.