Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib

03 noyabr 2023 | 15:06

Neftçala rayonunda “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.

Neftçala rayonunda “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Neftçala rayon Şöbəsinin məsul işçiləri, Rayonun mədəniyyət müəssisələrində çalışan bir qrup mədəniyyət işçiləri, veteran mədəniyyət işçiləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. 
 
Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq Şöbəsinin müdiri Sadiq Abbasov, Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Neftçala rayon Şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Tural Əhmədov və digər natiqlər çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımız düşmən işğalından azad olunması, xalqımızın Zəfər tarixinin böyük yol keçdiyini, bu uğurlu yolun Ulu Öndər Heydər Əliyev tərəfindən başlandığını və onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
 
Tədbirin sonunda Şirvan–Salyan regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin əməkdaşları tədbir iştirakçıları qarşısında hərbi vətənpərvərlik ruhunda musiqilər ifa ediblər.
 
Görüş sonda mövzu ətrafında müzakirələrin aparılması ilə davam edib.
Keçidlər