Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Aprel döyüşlərinin 8-ci ildönümü qeyd olunub

04 aprel 2024 | 17:44

Neftçala rayonunda 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş verən hərbi münaqişənin 8-ci il dönümü anılıb.

Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Abidə Kompleksi, Həsənəbad qəsəbəsində yerləşən Şəhidlər parkı, Neftçala şəhəri Şəhidlər Xiyabanında Aprel döyüşləri zamanı şəhid olan Milli Qəhrəman mayor Samid İmanovun, Aşağı Qaramanlı kəndində şəhid gizir Elimdar Səfərovun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, önünə çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Keçidlər