Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı başa çatıb və qaliblər mükafatlandırılıblar.

22 iyun 2024 | 18:58

Neftçala rayonunda aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı başa çatıb.

Neftçala Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” Klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən olan 31 idmançı medallar uğrunda mübarizə aparıb.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

Çempionatın sonunda yeniyetmələr (2010-2012), gənclər (2007-2009) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal, diplom və hədiyyələrlə təltif olunublar.

Keçidlər