Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş idarə, müəssisə, təşkilat və bələdiyyələr arasında voleybol üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub

05 noyabr 2026 | 20:30

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş idarə, müəssisə, təşkilat və bələdiyyələr arasında voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vasif Əliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov və adı çəkilən qurumların digər əməkdaşları, eyni zamanda finala vəsiqə qazanan voleybol komandaları iştirak edib.

Final mərhələsində Neftçala Bələdiyyəsinin komandası I (birinci) , Neftçala rayon Təhsil sektorunun komandası II (ikinci) , Neftçala rayon Polis Şöbəsinin komandası III (üçüncü) yerin qalibi olub.

Sonda qalib komandaların üzvləri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və müvafiq yerlərə uyğun olaraq medallar və kubokla təltif edilib.

Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

Keçidlər