Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər davam edir

06 noyabr 2026 | 16:20

Neftçala rayonunda Zəfər Gününə həsr edilmiş tədbirlər çərçivəsində 06 noyabr 2026-cı ildə Neftçala şəhər Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib.

Konsert proqramından öncə Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məsul şəxsləri, Neftçala şəhər Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin rəhbərliyi və əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, valideynlər iştirak edib.

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Uşaq-İncəsənət məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Çıxışçılar 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsində qazanılan Zəfərin tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyi olduğunu vurğulayıblar. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı qələbənin tarixi əhəmiyyətini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində incəsənətin rolunu və qələbə ruhunun daima yaşadılmasının vacibliyini diqqətə çatdırıblar. Çıxış edənlər tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, Uşaq-İncəsənət məktəbinin şagirdlərinə xoş arzularını bildiriblər.

Tədbir Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.

Keçidlər