Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam edir

04 noyabr 2023 | 14:00

Neftçala rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunan silsilə tədbirlərin keçirilməsi davam edir.

Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunan tədbir keçirilib.
 
Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, Neftçala MX PHŞ-in direktoru Elman Quliyev, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, Neftçala RMX PHŞ-in həkimləri, tibb işçiləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
 
Tədbirdən öncə Neftçala RMX PHŞ inzibati binasında Ümummilli Lider Heydər Əliyevin və Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında şəhidlərin xatirəsinə həsr olunan guşənin açılışı olub və şəhid ailələri ilə RİH-in başçısı görüşüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə Neftçala RMX PHŞ direktoru Quliyev Elman, qulaq, burun və boğaz həkimi Şölə İsmayılova, Ailə Sağlamlıq Mərkəzi bölməsinin həkimi Aynur Cəfərova və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon şurasının sədri Nəcibə Abdullayeva çıxış edərək Azərbaycan Ordusunun dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi olmasını, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bunun nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
 
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirdiki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, rəşadətli ordumuzun, xalqın yenilməz iradəsinin və yekdilliyinin ifadəsi olan Zəfər zirvəsinə gedən yolun çox uzun, çətin olmasını, Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətində olsa da, beynəlxalq güc mərkəzləri ilə də mücadilə edərək haqq səsini ucaltması, ədalətli mövqeyindən bir an olsa belə geri addım atmaması,əsrlərdən bəri bizə dədə-babalarımızdan miras qalan müqəddəs torpaqlara öz halal haqqını sübut etməsi, 19-20 sentyabr tarixində keçirilən antiterror tədbirləri zamanı Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi və Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadan, dinc sakinləri hədəf almadan, mülki obyektlərə atəş açmadan, Azərbaycanın bütün ərazilərində suverenliyin tam bərpa edilməsi, ordumuzun yüksək coşqu ilə düşmən işğalında olan torpaqlarımızın azad olunması haqqında məlumat verib.
 
Tədbirin sonunda Neftçala RMX PHŞ-in bir qrup tibb işçiləri, həkimləri, şəhid ailələri Neftçala RİH-i və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon şurası tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
Keçidlər