Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 8 noyabr “Zəfər Günü” nə hazırlıqla bağlı genişmiqyaslı ümumrayon iməciliyi keçirilib, şəhid ailələri ziyarət olunub və rayon ərazisi Zəfər bayramına hazırlanıb

07 noyabr 2023 | 11:36

Neftçala rayonunda 8 noyabr “Zəfər Günü” nə hazırlıqla bağlı genişmiqyaslı ümumrayon iməciliyi keçirilib, şəhid ailələri ziyarət olunub və rayon ərazisi Zəfər bayramına hazırlanıb.

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr “Zəfər günü”nə hazırlıqla əlaqədar ümumrayon iməciliyi keçirilib,şəhid ailələri ziyarət olunub, onların məişət şəraitilə maraqlanılıb, qayğıları dinlənilib və rayon əraizi Zəfər Gününə hazılanıb.
 
İməclikdə RİH-in məsul şəxsləri, rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları, rayon ictimaiyyəti, Neftçala MKTB-in, DOST MMC-in əməkdaşları fəal iştirak edib. 
Rayonun bütün küçə və prospektlərində, qəsəbə və kəndlərində təmizlik işləri görülüb, küçə və parklar təmizlənib, şəhidlərin xatirəsinə inşa olunan bulaqlar, abidə kompleksləri, şəhidlərin məzarları, ərazilər müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, ağaclar budanıb, rənglənib, yeni ağaclar əkilib, məzarlıqlar təmizlənib, abadlıq işləri görülüb və Neftçala rayonun mərkəzi meydanları, küçə və prospektlər Zəfər bayramına bəzənərək hazır vəziyyətə gətirilib.
Keçidlər