Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 8 noyabr "Zəfər Günü" ilə əlaqədar şahmat idman növü üzrə rayon birinciliyinin və "Zəfər kuboku" intellektual yarışının final mərhələsi keçirilib

07 noyabr 2022 | 16:06
Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil Sektorunun və Neftçala rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Neftçala rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 8 noyabr "Zəfər Günü" ilə əlaqədar şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə müxtəlif yaş qruplarından 46 şahmatçı mübarizə aparıb və qalib şahmatçılar müxtəlif fəxri fərmanlar, medallarla təltif olunublar.
Neftçala RİH-in dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin və Neftçala rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında 8 noyabr "Zəfər Günü" ilə əlaqədar Nə? Harada? Nə zaman?" formatında keçirilən "Zəfər Kuboku" intellektual yarışının final mərhələsi keçirilib.
Final mərhələsində "İstiqlal", "İrəli", "Xarı bülbül" və "Muğan" komandaları birincilik uğrunda öz biliklərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında "İstiqlal" komandası I yerin, "Muğan" komandası II yerin, "İrəli" komandası isə III yerin qalibi olub.
Qalib məktəbli komandalar Neftçala rayon Gənclər və İdman İdarəsinin və Neftçala rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəxri fərmanları, medalları ilə təltif olunublar.
Keçidlər