Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub

27 sentyabr 2022 | 10:11
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularının ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Tədbirdə çıxış edən YAP-nın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Gündğar qəzetinin redaktoru Bədirə Niftaliyeva, Qarabağ döyüşlərində və Vətən müharibəsi döyüşlərində iştirak edən “Maştağa” ləqəbli hərbçi Vidadi Ağagülov, ehtiyatda olan hərbçi polkovnik- leytenat Mustafa Əliyev və Rayon Ağsaqqallar şurasının İH üzvü Oktay Kərimov çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 Günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından, ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və Müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından danışdılar.
Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, şəhid leytenant Zeynalov Məhəmmədin anası Sürəyya Zeynalova və şəhid itgin Əsgərov Vüqarın bacısı Əsgərova Lalə igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edən şəhid ailələri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və Neftçala şəhəri Milli Qəhrəman Samid İmanov adına 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.
Keçidlər