Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub

27 sentyabr 2024 | 18:44

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularının ruhuna ehtiram olaraq şəhid ailələri və qazilər üçün Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub.

Ehsan süfrəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, YAP Neftçala rayon təşkilatının məsul şəxsləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

Keçidlər