Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 20 Yanvar şəhidlərin 33-cü il dönümü qeyd olunub

20 yanvar 2023 | 17:44
Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH- i aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfil düzülüb və 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlarını verilib. Şəhid ailələri göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Keçidlər