Neftçala rayonunda 15 May “Beynəlxalq Ailə Günü” ilə əlaqədar “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4.-cü bəndinin icrası məqsədilə, eləcə də "Konstitusiya və Suverenlik ili" çərçivəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada 15 May “Beynəlxalq Ailə Günü” ilə əlaqədar “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkim-mütəxəssisləri, Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar diqqətə çatdırıblar ki, 15 May Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli – mənəvi dəyərlərin təcəssümü,daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Tədbirdə eyni zamanda sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, sağlam həyat tərzinin vacibliyindən, ziyanlı vərdişlərin fəsadları və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışılıb, ekoloji şüurun formalaşdırılması və ailənin bu sahədə rolu barədə geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.