Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.

01 noyabr 2023 | 15:36
Neftçala rayonunda 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Neftçala rayon Dövlət Aqrar İnkişafı Mərkəzinin direktoru Ramil Salmanov, DAİM-in əməkdaşları və digər məsul şəxslər iştirak edib.
İlk öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.
Tədbirdə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrində olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişafını qoruyub saxlayır.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti adından kənd təsərrüfatı işçiləri təbrik edirik, peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
 
Keçidlər