Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonun Xıllı Bələdiyyəsi tərəfindən Boyat kəndində görülən işlər

23 fevral 2026 | 15:00

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Xıllı bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.

Belə ki, bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Bələdiyyə tərəfindən Boyat kəndində şəhid Mehman Cəfərov adına küçənin 250 metr, şəhid Xəqani Nəsirov adına küçənin 150 metr və Əhməd Cəmil adına küçənin 200 metr hissəsinə çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb və hərəkət üçün əlverişli şərait yaradılıb.

Xıllı bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçidlər