Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonun Qaraqaşlı Bələdiyyəsi tərəfindən Mirzəqurbanlı kəndində görülən işlər

20 fevral 2026 | 15:15

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Qaraqaşlı bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.

Belə ki, bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Bələdiyyə tərəfindən Mirzəqurbanlı kəndində yerləşən Mirzəqurbanlı kənd ümumi orta ümumtəhsil məktəbinə gedən yolun 500 metrlik hissəsinə çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb, məktəblilərin və nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli şərait yaradılıb.

Qaraqaşlı bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçidlər