Neftçala rayonun Həsənəbad Bələdiyyəsi tərəfindən Həsənəbad qəsəbəsində görülən işlər
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Həsənəbad bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.
Belə ki, bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Bələdiyyə tərəfindən Həsənəbad qəsəbəsində Neftçilər küçəsinin 600 metr, Ş. Tağıyev küçəsinin 300 metr, S. Vurğun küçəsinin 200 metr hissəsinə qum və çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb, vətəndaşların hərəkəti üçün əlverişli şərait yaradılıb.
Həsənəbad bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.







