Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Aşağı Surra Bələdiyyəsi tərəfindən kənd ərazində görülən işlər

03 mart 2026 | 17:21

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Aşağı Surra bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.

Belə ki, bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Bələdiyyə tərəfindən Aşağı Surra kəndində əhalinin ümumi istifadəsində olan, şəhid Vüsal Tağıyev adına olan küçənin 1000 metr hissəsi, şəhid Cəlal Məmmədov adına olan küçənin 1000 metr hissəsi və şəhid Cəlal Əhmədov adına olan küçənin 1000 metrlik hissələrində çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb və nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli şərait yaradılıb.

Aşağı Surra bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçidlər