Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib

09 sentyabr 2022 | 14:55
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2021-2022-ci tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.
Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və valideynlər iştirak ediblər.
Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirərək deyib: Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”. RİH başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.
Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, 2021-2022-ci tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 578 nəfər şagirddən 338 nəfəri ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 70 faizi yəni 235 nəfəri tələbə adı qazanıb. Tələbə adı qazanan məzunlardan 5 nəfəri 600-dən yüksək bal toplayaraq Respublikamızın və xarici ölkələrin ali təhsil ocaqlarına qəbul olublar.
Neftçala RİH tərəfindən məzunlar 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq göstərən tələbələr Fəxri Fərmanla təltif olunub və xatirə hədiyyələri təqdim edilib.
Keçidlər