Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayon məktəblərində “Bilik Günü” qeyd olunub

15 sentyabr 2026 | 17:16

15 sentyabr - “Bilik günü” münasibətilə Neftçala rayonunun ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanmasına həsr olunmuş bayram tədbirləri keçirilib.

Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərlikləri, şəhid ailələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Ənənəvi olaraq tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəblərdə təşkil olunan görüşlərdə İcra Hakimiyyətinin məsul nümayəndələri çıxış edərək “Bilik günü” münasibətilə şagirdləri, müəllim kolektivini və valideynləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə təhsil müəssisələrinin yenilənməsi sahəsində mühüm işlərin görüldüyü vurğulanıb. Qeyd olunub ki, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, dövlət təltifləri və qayğısı ölkədə savadlı gəncliyin yetişməsinə böyük töhfə verir. Eyni zamanda rayonda təhsil infrastrukturunun yenilənməsi və ötən tədris ilində Neftçala təhsilində qazanılan nailiyyətlər, ölkədə insan kapitalının inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında geniş bəhs edilib.

Proqramların sonunda şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii kompozisiyalar, şeirlər, milli rəqslər və məktəb həyatından bəhs edən mahnılar nümayiş olunub.

 

 

Keçidlər