Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayonun II Qaralı kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş toplantı keçirilib

07 noyabr 2023 | 09:59

       Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayonun II Qaralı kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş toplantı keçirilib.

    Toplantıda Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən müxtəlif qurumlarda çalışan işçilər, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib.

       Tədbirdə İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi və bədii hissədən ibarət tədbirin ilk hissəsində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfərdən söhbət açaraq, bu yolda həyata keçirilmiş işlərdən ətraflı bəhs ediblər. Natiqlər Qüdrətli Azərbaycan Ordusunun düşmənin məkrli hərəkətlərinə və ardıcıl təxribatlarına qarşı reallaşdırdığı, dünyanın hərb tarixinə yazılmış mükəmməl döyüş taktikası barədə qeyd edərək, 44 günlük Vətən Müharibəsinin şanlı tariximizin qızı səhəfələri olduğunu vurğulayıblar. Toplantıda iştirak edənlər Zəfər tariximiz barəsində ətraflı məlumatlandırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-nin-Qələbəmizin simvolu hesab edilən, mədəniyyət incimiz Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə iştirakçılara geniş məlumat verilib.
      Tədbirin bədii hissəsində musiqiçilər tərəfindən vətənpərvərlik mahnıları səsləndirilib. Toplantı ərazidə yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında maraqlı kompozisiya və şerlərlə davam edib.
Keçidlər