Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlıqla mübarizə istiqamətində növbəti maarifləndirici tədbir keçirilib

16 fevral 2026 | 11:29

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala şəhər Samid İmanov adına 1 saylı tam orta ümumtəhsil məktəbində “Rəqəmsal mühitdə gizli narkotik riskləri” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, eləcə də Komissiyada təmsil olunan rayonun idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları, QHT nümayəndəsi, din xadimi, müəllimlər və şagirdlər iştirak edib. Mövzu ətrafında Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı mübarizə üzrə Rayon Komissiyasının sədri Şaiq Məmmədov, Neftçala rayon prokurorunun böyük köməkçisi İsmayıl Məmmədli, Neftçala Rayon Polis şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi polis polkovnik-leytenantı Valeh Hətəmov, Neftçala Rayon Gənclər və idman sektorunun müdiri Araz Əhmədov və Neftçala Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin keyfiyyətə nəzarət sektorunun mütəxəssisi həkim Gülnaz Abadova çıxış edərək, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər. Çıxışlarda bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyətinə diqqət çəkilərək, xüsusilə yeniyetmə və gənclərlə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmişdir. Sonda Komissiya tərəfindən gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinin vacibliyi əsas vəzifə hesab edilib.

 

Keçidlər