Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlıqla mübarizə istiqamətində növbəti maarifləndirici tədbir keçirilib

29 aprel 2026 | 09:08

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonu Xol Qarabucaq kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniya ilə mübarizənin təməl prinsipi – Marifləndirmə” adlı tədbir keçirilib. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin məsul əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Mövzu ətrafında çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər. Çıxışlarda narkomanlığın qarşısının alınması üçün maarifləndirici tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb. Xüsusilə gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürülüb, məktəblilərə müəyyən tövsiyələr verilib. Çıxışçılar narkomaniya ilə mübarizə sahəsində uğurların cəmiyyətin bütün üzvlərinin birgə səyləri nəticəsində əldə edilə biləcəyinə diqqət çəkdilər. Görüşdə şagirləri maraqlandıran və düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gənclərə sağlam həyat tərzindən, narkomaniyadan, zərərli vərdişlərdən və onların ağır fəsadlarından bəhs edən bukletlər paylanılmışdır.

Keçidlər