Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlıqla mübarizə istiqamətində növbəti maarifləndirici aksiya keçirilib

16 aprel 2026 | 17:45

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində idmanın müxtəlif növləri ilə məşğul olan yeniyetmə və gənclərə sağlam həyat tərzindən, narkomaniyadan, zərərli vərdişlərdən və onların ağır fəsadlarından bəhs edən bukletlər paylanılıb. Yeniyetmə və gənclərlə görüşlərdə zərərli vərdişlərin, narkomanlığın cəmiyyətə vurduğu yaralar barədə məlumat verilmiş, sağlam həyat tərzinin alternativsiz olduğu diqqətlərinə çatdırılmışdır. Söhbət əsnasında məktəblilərə asudə vaxtlarını səmərəli keçirmələri üçün dəyərli tövsiyələr verilmişdir. Xüsusi olaraq vurğulanıb ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir yeniyetmə-gəncin devizinə çevrilməlidir. Aksiya sağlam həyat tərzini seçmiş yeniyetmə və gənclər tərəfindən böyük razılıq hissləri ilə qarşılanmışdır. Gənclərə idmanın sirrlərini öyrədən məşqçi-müəllimlər bu cür tədbirlərin böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığını bildirərək mütəmadi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırdılar.

Keçidlər