Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Həsənəbad qəsəbəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunan görüş keçirilib

08 noyabr 2023 | 09:39
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Həsənəbad qəsəbəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunan görüş keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Həsənəbad qəsəbəsində ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr Zəfər Gününə həsr olunan görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən müxtəlif qurumlarda çalışan işçilər, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi Zəfərdən söhbət açılıb, bu yolda həyata keçirilən işlərdən ətraflı bəhs ediblər. Çıxışçılar Qüdrətli Azərbaycan Ordusunun düşmənin məkrli hərəkətlərinə və ardıcıl təxribatlarına qarşı reallaşdırdığı, dünyanın hərb tarixinə yazılan mükəmməl döyüş taktikası barədə qeyd edərək, 44 günlük Vətən müharibəsinin şanlı tariximizin qızıl səhifələri olduğunu vurğulayıblar və 19-20 sentyabr lokal antiterror tədbirləri zamanı ordumuzun heç bir dinc sakinə zərər verməməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndində Azərbaycan Bayrağını dalğalandırması xalqımızı dahada qürurlandırdığını görüş iştrakçılarının diqqətinə çatdırıblar.
Görüşdə iştirak edənlər Zəfər tariximiz barəsində ətraflı məlumatlandırılıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr Qələbəmizin simvolu hesab edilən, mədəniyyət incimiz Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə iştirakçılara geniş məlumat verilib.
Görüş bədii hissəsində musiqiçilər tərəfindən vətənpərvərlik mahnıları səsləndirilib, məktəblərinin şagirdlərinin təqdimatında maraqlı kompozisiyalarla davam edib.
Keçidlər