Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib

11 fevral 2023 | 09:09
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətini vətəndaş məmnunluğunun artırılması, vətəndaşların problem və çətinliklərinin operativ və obyektiv şəkildə həlli istiqamətində tədbirlər görülməsi təşkil edir. Neftçala rayonunda da Cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq qeyd edilən istiqamətlərdə işlər müntəzəm formada həyata keçirilir. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov rayon sakinlərini Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi şəkildə, təsdiq olunan qrafik üzrə isə rayonun şəhər, kənd və qəsəbələrində səyyar formada qəbul edir, onların təklif və şikayətlərini dinləyir, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verir.
Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti fərdi qəbul keçirilib. Müraciətlər əsasən özünəməşğulluğa cəlb olunma, ünvanlı dövlət sosial yardımın təyin olunması, əlillik təyinatı, qəzalı elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, subsidiyaların vaxtında alınması üçün köməklik göstərilməsi və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemlərinin hər biri ayrı-ayrılıqda dinlənilib. Bəzi müraciətlər qəbul zamanı öz həllini tapıb, digər problemlərin həllinin araşdırılması üçün qəbul zamanı müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Keçidlər