Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşı Vahid Əlaqələndirmə Mərkəzlərinin təlimində iştirak edib

16 may 2022 | 14:28
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2021-ci il tarixli 1380 nömrəli Fərmanı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olan şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət alan hərbi qulluqçulara, əlilliyi müəyyən edilən şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz, operativ icrasını təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət alan hərbi qulluqçuların və əlilliyi müəyyən edilən şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb. Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə 7 dövlət orqanı (Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Sığorta Kommersiya Şirkəti) üzrə 26 istiqamət (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstəriləcək.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyüş məsləhətçisi Şəkəralı İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “DOST” Agentliyində Vahid Əlaqələndirmə Mərkəzlərinin təlimində iştirak edib.
Məlumat üçün bildiririk ki, Vahid Əlaqələndirmə mərkəzinin Salyan filialında ayda 2 dəfə olmaqla təyin edilən günlərdə fəaliyyət göstərəcəkdir. Neftçala RİH- nin nümayəndəsi 16, 24 may 2022-ci il tarixlərində mərkəzdə fəaliyyət göstərəcək.
 
Keçidlər