Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər günü ilə əlaqədar qəhrəman şəhidlərimizə həsr olunan sərgi davam etməkdədir

08 noyabr 2023 | 09:34
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər günü ilə əlaqədar qəhrəman şəhidlərimizə həsr olunan sərgi davam etməkdədir.
Sərgiyə baxış prosesində rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə, təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, rayon sakinləri iştirak edir.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza məxsus şəxsi əşyalarından, şəhidlərimizə həsr olunmuş müxtəlif çap materialları, gənc rəssamların vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət və artıq bir neçə gündür davam edən sərgi ziyarətçilərin marağına səbəb olub.
Keçidlər