Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yenikənd və Qırmızı Şəfəq kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib

16 sentyabr 2022 | 08:57
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək kəndlər haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
Çıxış edənlər təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində görülən işlərdən, Sərəncam və Fərmanlar haqqında iştirakçıları məlumatlandırıblar.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov rayonumuzun təhsil sahəsində qazandığı son uğurlar, nailiyyətlərdən, təhsil sahəsinin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısında olmasından, rayon ərazisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tikilən məktəblərdən, ali təhsil ocaqlarında yaradılan son şəraitlər, Rayon ərazisində aparılan abadlıq quruculuq işlərindən haqqında görüş iştirakçılarına məlumat verib. Təhsil sahəsinin hər zaman Ölkə Başçısının diqqətində olduğu vurğulayan RİH başçısı bu uğurların hər zaman davamlı olacağını, şagirdlərimizin yeni- yeni uğurlara imza atacaqlarını vurğulayıb.
Səyyar qəbulda əsasən telekomunikasiya və rabitə xətlərinin yenidən qurulması, elektrik xəttlərinin təmiri, yeni güc transformatorlarının quraşdırılması, kənd ərazisində ixtisaslı həkimlərin olmaması, kənd ərazisinə mavi yanacağın çəkilməməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər